Uşaqlarla bağlı bütün çap materiallarından reklamlar yığışdırılır

Uşaqlarla bağlı bütün çap materiallarından reklamlar yığışdırılır

Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitablarda reklamlar qadağan edilir.
 
Bu, “Uşaq hüquqları haqqında” qanuna təklif edilən əlavələrdə əksini tapıb. 
 
Layihədə o da qeyd olunub ki, uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə biləcək reklamlar məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməyəcək.
 
Layihə Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə edilərək, plenar iclasa tövsiyə olunub. (apa) /

Google+ WhatsApp ok.ru