Uşaqlarla bağlı sərt qadağa gəlir

Uşaqlarla bağlı sərt qadağa gəlir

Məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilməyəcək. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol veriləcək.
 
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" yeni qanun layihəsi hazırlanır
 
Maide.Az bildirir ki, Sputnik Azərbaycan-ın məlumatına görə, bu, yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin 12-ci maddəsində əksini tapıb. Qanun layihəsinin 12-ci maddəsi Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər adlanır.
 
Həmin maddədə deyilir ki, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir.
 
Qanun layihəsi plenar iclasa tövsiyə edilib.
 
 

Google+ WhatsApp ok.ru