Uşaqların çöldə oynaması bir sıra göz xəstəliklərinin qarşısını alır

Texnika əsri sayılan 21-ci əsrdə uşaqlar computer, telefon və televizora əsir düşərək çöldə oynamağı yaddan çıxarıb.
Maide.az xəbər verir ki, şüa vasitələrilə gün ərzində saatlarca təmasda olan belə uşaqlarda ən çox yayılan xəstəlik göz xəstəliyidir.
Çində aparılan araşdırmaya görə, hər gün 40 dəqiqədə çöldə oynamaq gözün normal inkişafını təmin edir və bir sıra göz xəstəliklərinin qarşısını alır.
Çinli mütəxəssislər sınaq araşdırma aparıb və müsbət nəticə əldə edib.
Dr.Minququanq He adlı mütəxəssisin rəhərliyi ilə 3 il ərzində 12 məktəbdə uşaqlar üzərində araşdırma aparılıb.
Bu məktəblərdən 6-da hər gün dərs cədvəlinə 40 dəqiqə məcburi oyun salınıb. Bundan başqa, uşaqlar və valideynlərindən həftə sonlarında oyun vaxtlarının qeydini tutmaqlarını istənilib. Digər 6 məktəbdə isə həmişəki normal proqram tətbiq edilib.
3 ildən sonra həmin şagirdlərin gözləri müayinə edilib. Oyun oynayan ilk qrupdakı 853 uşaqdan 259-da (30 faiz), oyun oynamayan digər qrupdakı 726 uşaqdan 287-də (40 faiz) miyop göz xəstəliyi aşkarlanıb.
Aradakı böyük fərq aşkar şəkildə görünür./
 

Google+ WhatsApp ok.ru