Uşaqların Quran öyrənməsi üçün 25 dildə xüsusi proqram təminatı hazırlanır

Uşaqların Quran öyrənməsi üçün 25 dildə xüsusi proqram təminatı hazırlanır

Uşaqların Quran öyrənməsi məqsədilə  kömpüterlərdə istifadə etmək üçün  xüsusi proqram təminatı hazırlanır və qarşıdan gələn Ramazan ayında uşaqların istifadəsinə veriləcək. 
 
Maide.Az İQNA-ya istinadən xəbər verir ki, yeni proqramın  uşaqlara Quran öyrətmək sahəsində ən yaxşı və ən əhatəli proqram olduğu bildirilir.   Proqram İranın "Sirac" mədəni məhsulları istehsalı şirkəti tərəfindən hazırlanır. 
 
Məlumatda bildirilir ki, cari ilin Ramazan ayında proqram ilk olaraq Ərəb, Fars və İngilis dillərində istifadəyə veriləcək.  
 
Uşaqların Quran öyrənməsi və əzbərləməsi üçün  istifadə olunacaq bu proqramın 25 dildə hazırlanacağı bildirilir. 
 
 

Google+ WhatsApp ok.ru