Uşaqların yarısından çoxu risk altındadır - Dünyada

Uşaqların yarısından çoxu risk altındadır - Dünyada

-- Hesabatda 1,2 milyard uşağın 3 riskdən biriylə...

"Save the Children" təşkilatının araşdırmasına görə, dünyada uşaqların yarısından çoxu - 1,2 milyard azyaşlı risk altındadır.
 
Maide.Az "dunyabulteni"ə istinadən xəbər verir ki, "Save the Children" beynəlxalq təşkilatının hazırladığı hesabatda, yer üzündəki uşaqların yarıdan çoxunun yoxsulluq, qarşıdurma, və qızlara qarşı ayrıseçkilik riski altında olduğunu bildirildi.
 
Hesabatda 1 milyard uşağın yoxsulluq (aclıq), 240 milyon uşağın müharibənin, 575 milyon qız uşağının qızlara qarşı ayrı-seçkilik təhlükəsi hökm sürən ölkələrdə yaşadığı qeyd edilir.
 
Hesabatda 1,2 milyard uşağın 3 riskdən biriylə, ümumilikdə isə 20 ölkədə yaşayan 153 milyon uşağın hər 3 risklə üz-üzə olduğu bildirilir.
 
Statistikanın ötən ilə görə daha yaxşı olduğu bildirilərkən, risklərin artmasının səbəbi kimi yardımların lazımi yerlərə vaxtında çatdırılmadığı göstərildi.
 
Ölkələrə görə aparılan araşdırmalarda isə uşaqların qorunmasına görə ən yaxşı 5 ölkə siyahısına Sinqapur, Sloveniya, Norveç, İsveç və Finlandiya daxil edildi.

Google+ WhatsApp ok.ru