Uşaqlarınıza bu 4 cümləni söyləməyin

Uşaqlarınıza bu 4 cümləni söyləməyin

-- uşaqların psixoloji vəziyyətini nəzərə alaraq, onlara istifadə edilən sözlər xüsusi diqqətlə seçilməlidir

İstifadə etdiyimiz cümlələrlə uşaqları sakitləşdirmək istərkən, onlarda yeni qorxuların yaranmasına səbəb ola bilirik.
 
Maide.Az "kadinvekadin" portalına istinadən xəbər verir ki, uşaqların psixoloji vəziyyətini nəzərə alaraq, onlara istifadə edilən sözlər xüsusi diqqətlə seçilməlidir.
 
Aşağıda nümunədə göstərəcəyimiz 4 cümləni uşaqlara deməmək tövsiyyə edilir.
 
 
"Qorxma"
Əgər anası uşağa qorxma deyirsə, uşaq bunu qorxulacaq bir şey olduğu kimi qəbul edir. Belə ki, "Qorxma, iynə heç ağrıtmayacaq" deyildiyində ağrıtdığı kimi...
 
"Narahat olma, mən yanaşı otaqdayam, səni tək qoymaram"
 
Uşaq bu cümləni narahat olmaq kimi qəbul edir. Çünki əslində onu tək buraxırlar.
 
 
"Səni heç vaxt məktəbdə yaddan çıxartmaram"
 
İndi diqqət edək görək uşaqlar bunu necə qəbul edir?
 
"Səni məktəbdə unutmaq ehtimalım var. Əgər elə bir şey olsa, inşallah səni ordan götürən biri olar".
 
Uşaqlar bunu düşündükdə daha da narahat olmağa başlayırlar.
 
 
"Məktəbə getmək istəyirsənmi?"
 
Bunu uşağa deyəndə o, elə başa düşür ki, məktəbə getməmək və evdə istədiyi oyunu oynamaqda sərbəstdir.
 
Odur ki, uşaqlara hər şeyi olduğu kimi və onun başa düşəcəyi şəkildə söyləmək onlar üçün faydalı seçim olacaq.
 
 

Google+ WhatsApp ok.ru