Uşaqları zərərli informasiyadan qoruyacaq qanun qüvvədədir

Uşaqları zərərli informasiyadan qoruyacaq qanun qüvvədədir

Bundan sonra 18-dən yuxarı yaşa aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu haqda xəbərdarlıq edilməlidir. Yayımçılar bunu televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməlidirlər.
 
Bu gün, noyabrın 21-də prezident İlham Əliyevin təsdiqlədiyi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda belə nəzərdə tutulur.
 
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir.
 
Qanunda uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan informasiya, bu məsələdə yaş təsnifatı, zorakılığın, qəddarlığın nümayişi və başqa anlayışlarla bağlı izahatlar verilir.
 
Qanunun üçüncü fəslində informasiya məhsulunun işarələnməsi və bunun xüsusiyyətləri əksini tapıb.
 
Qanuna görə, həmçinin, uşaq teleradio proqramlarında, verilişlərində və dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.
 
Xatırlatma
 
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun 2017-ci ildə Milli Məclisin gündəminə gəlmişdi.
 
Parlament qanun layihəsini sonuncu oxunuşda yalnız bu ilin oktyabrında qəbul etmişdi. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru