Ucarda güclü yağış və külək problemlər yaradıb

Ucarda güclü yağış və külək problemlər yaradıb

-- onlarla sakinin evlərini su basıb

Ucarda ötən gündən yağmağa başlayan yağış fəsadlar törədib.
 
Maide.Az bildirir ki, APA-nin yerli bürosunun xəbərinə görə, şəhərin H. Aslanov və Koroğlu küçələrində yaşayan onlarla sakinin evlərini su basıb.
 
Sakinlər məlum hadisə barədə bu gün rayon İcra Hakimiyyətinə məlumat verdiklərini bildiriblər.
 
Küləklə müşahidə olunan yağış nəticəsində şəhərin Heydər Əliyev prospekti və bir çox yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb. Hazırda təmir briqadaları lazımi tədbirlər görür.
 

Google+ WhatsApp ok.ru