Ucarda

Ucarda "KamAZ" minik avtomobili ilə toqquşub: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Ucar rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfərin yaralanıb.
 
Maide.Az bildirir ki, "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü, Xaçmaz rayon sakini Fizuli Camaləddin oğlu Fətəliyevin idarə etdiyi "Opel" markalı minik avtomobili 66 BL 678 Dövlət nömrə nişanlı"KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə F.Fətəliyev və minik avtomobilində olan digər sərnişinlər, Xaçmaz rayon sakinləri - 2008-ci il təvəllüdlü İsmayıl Oktay oğlu Məmmədov və 1981-ci il təvəllüdlü Yeganə Aydəmir qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Ölən şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru