Ucar sakinləri etiraz aksiyası keçirib - VİDEO

Ucar sakinləri etiraz aksiyası keçirib - VİDEO

Ucar Pambıq Emalı Zavodu səhmdarları etiraz aksiyası keçiriblər.
 
Uzun müddətdir ki, səhmdarlarla zavod rəhbərliyi arasında dividend mübahisəsi gedir. Buna görə səhmdarlar dəfələrlə zavodun qarşısnda və Bakı şəhərində etiraz aksiyaları keçiriblər.
 
Qeyd edək ki, 1996-97-ci illərdə Azərbaycan Respublikasında özəlləşdirmə keçirilən zaman Ucar rayon pambıq zavodunda işləyən adamların hərəsinə 2 pay səhm verilib. 1999-cu ildən isə zavod MKT İstehsalat Kommersiya MMC-nin nəzdində fəaliyyət göstərməyə başladı. Müəssisənin 3000-dən artıq səhmdarı var.
 

Google+ WhatsApp ok.ru