`Ucuz ətin şorbası.... `

`Ucuz ətin şorbası.... `

-- Ekspert deyib ki, qiymətlər həddən artıq baha olduğundan ölkə əhalisi keyfiyyətli və normaya uyğun ərzaqla qidalana bilmir

“Azadlıq.info” saytında “Azərbaycanda insanlar əqli və fiziki inkişafdan niyə geri qalır?” sərlövhəli yazı oxumaq olar.
 
Yazıda ekspert Vahid Məhərrəmlinin düşüncələrinə yer verilib.
 
Ekspert bildirir ki, Azərbaycanda əhalinin sosial durumu get-gedə pisləşir, insanların alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşür: “Ölkədə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksək olması əhalinin istehlak xərclərini artırır və bu da az təminatlı ailələr üçün çox ciddi problemlər yaradır. Bir çox hallarda az təminatlı ailələr yalnız borca aldıqları adi çörəklə qidalana bilirlər, son günlər belə hallar daha geniş yayılıb”.
 
Ekspert hesab edir ki, ölkədə yaranmış bu bahaçılıqdan ərzaq mallarının idxalını inhisara almış nazirlər, hökumət məmurları daha çox bəhrələnməyə çalışır.
 
V. Məhərrəmli deyib ki, ölkəyə idxal olunan ət, süd, kərə yağı, pendir, tərəvəz, kartof və başqa ərzaq malları istehlakçılara dəyərindən 40-50 faiz baha satılır.
 
Yazıda bildirilir ki, orta əməkhaqqı Azərbaycandan dəfələrlə çox olan bir çox ölkələrdə ərzaq malları, kənd təsərrüfatı məhsullarının qiymətləri xeyli aşağıdır
 
Ekspert vurğulayıb ki, Qazaxıstanda çəkisi 600 qram olan çörək əhaliyə 15 qəpiyə satılır:
 
“Gürcüstanda təzə mal əti istehlakçılara manat ilə hesablansa 8 manat 30 qəpiyə, sümüksüz mal əti isə 9 manat 60 qəpiyə təklif edilir. Ermənistanda isə mal əti 7 manat 50 qəpiyədir”.
 
Ekspert deyib ki, qiymətlər həddən artıq baha olduğundan ölkə əhalisi keyfiyyətli və normaya uyğun ərzaqla qidalana bilmir:
 
“Beynəlxalq normaya görə, il ərzində adambaşına 84 kiloqram ət istehlak edilməlidir. Ölkə əhalisi bunun az bir hissəsini əldə edə bilir. Azərbaycanda adambaşına 33 kiloqram ət istehlak olunur”.
 

Google+ WhatsApp ok.ru