UEFA Avropa çempionatının ən yaxşı qolunu açıqlayıb - VİDEO

UEFA Avropa çempionatının ən yaxşı qolunu açıqlayıb - VİDEO

Qolun müəllifi macarıstanlı futbolçudur
 
 UEFA 2016-cı il Avropa çempionatının ən yaxşı qolunu açıqlayıb. Bu, Macarıstan yığmasının futbolçusu Zoltan Geronun Portuqaliya ilə qrup mərhələsində vurduğu qoldur.
3-cü tura təsadüf edən görüşdə Gero cərimə meydançası xaticində topu sinəsi ilə qəbul etdikdən sonra birbaşa tora göndərib. Bununla da hər iki komandanın qol şousu başlanıb. Macarıstan hesabda 3 dəfə önə çıxsa da, Portuqaliya hər dəfə bərabərlik qolunu vurub. Görüşün 3:3 hesablı nəticəsi hər iki komandanı növbəti mərhələyə çıxarıb.
Qeyd edək ki, AVRO-2016-nın qalibi Portuqaliya olub. Macarıstan isə 1/8 finalda Belçikaya 0:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. (report)

Google+ WhatsApp ok.ru