İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəminə qiyabi ziyarət təşkil olunur - Qeydiyyat üçün LİNK

İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəminə qiyabi ziyarət təşkil olunur - Qeydiyyat üçün LİNK

Həzrət Əbəlfəzl Abbasın (ə) hərəminin xidmətçiləri Məhərrəm ayı münasibətilə İmam Hüseynin (ə) və Həzərt Əbəlfəzl Abbasın (ə)  hərəminə qiyabi ziyarət təşkil planını icra edir.
 
Maide.Az  “alkafeel” saytına istinadla xəbər verir ki,  Həzrət Əbəlfəzl Abbasın (ə) hərəm xidmətçiləri məhərrəm ayı münasibətilə digər şəhər və ölkələrdən olan zəvvarların əvəzində  hər gün naib kimi, İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə)  hərəmini ziyarət etməsi üçün qeydiyyat aparır və həmin gün qeydiyyatdan keçmiş şəxsərin əvəzində ziyarət edirlər. 
 
 
Məlumatda bildirilir ki, https://alkafeel.net/zyara/  linki vasitəsilə  qeydiyyatdan keçən hər bir şəxs üçün həmdə iki rükət ziyarət namazı da qılınacaq. 
 
Məlumata görə, qeydiyyat və ziyarət əməlləri Məhərrəm ayının birinci günündən 9-cu gününə kimi  davam edəcək. 
 
Hər bir şəxs  bir və ya bir neçə nəfəri qeydiyatdan keçirə bilər. 
 
Link açıldıqdan sonra aşağıda göstərilən şəkildəki kimi qeydiyyatdan keçə bilərsiz: 
 
 

Google+ WhatsApp ok.ru