Ufa-da ‘Rusiya - İslam dünyası’ forumu start götürüb

Ufa-da ‘Rusiya - İslam dünyası’ forumu start götürüb

Noyabrın 28-də Ufa-da "Rusiya - İslam dünyası" forumu start götürüb.
 
Maide.Az "islam-today"-a istinadla xəbər verir ki, Forum iştirakçıları Rusiyanın doqquz bölgəsinin nümayəndələridir. 
 
Ufada keçiriləcək İslam Forumu üç gün davam edəcək.
 
Strateji baxış qrupu, İslam Əməkdaşlıq Təşkilatında iştirak edən xarici ölkələrin təcrübəsini əsas götürərək dinlərarası harmoniyanı müzakirə edəcək.
 
Dəvət olunan qonaqlar arasında - Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi Ramazan Abdulatipov da var.
 
 

Google+ WhatsApp ok.ru