Ufadan Bakıya birbaşa aviareyslər həyata keçiriləcək

Ufadan Bakıya birbaşa aviareyslər həyata keçiriləcək

-- Uçuş 3 saat 20 dəqiqə təşkil edəcək.

Ufa şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçiriləcək. Maide.Az bildirir ki, bu barədə Trend UfacityNews.ru saytına istinadən xəbər verir.
 
Qeyd olunur ki, uçuşlar 29 mart tarixindən etibarən "AN-148" təyyarəsində cümə axşamı günləri həyata keçiriləcək. Ufadan təyyarənin 21:55-də havaya qalxması nəzərdə tutulub, Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında enməsi isə 00:15-də. Uçuş 3 saat 20 dəqiqə təşkil edəcək.
 
Geri qayıtma vaxtı: Bakıdan qalxma - 05:40, Ufada enmə - 10:00.
 
Promo-tarif üzrə hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 20 516 rus rublu (353 ABŞ dolları) təşkil edəcək.
 

Google+ WhatsApp ok.ru