Ukrayna artıq Rusiya ilə tərəfdaş olmaq istəmir

Rusiya və Ukrayna arasında tərəfdaşlığın ləğvi haqqında qanun layihəsi Ali Radaya təqdim olunub

“Rusiya və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”yə xitam verilməsi haqqında qanun layihəsi Ali Radaya təqdim olunub.
 
Bu barədə parlamentin saytında bildirilir.
 
Qeyd olunan qanun layihəsinin təşəbbüskarları Yuri Levçenko, Oleq Osuxovski, Andrey İlyenko, Yuriy Bublik, Aleksandr Marçenko və Mixail Qolovkodur. Adları çəkilən deputatlar heç bir fraksiyanı təmsil etmirlər.
 
Qeyd edək ki, bundan əvvəl Ali Radanın deputatları Ukraynanın MDB-ni tərk etməsi haqqında qərar layihəsi hazırlayıblar.  

Google+ WhatsApp ok.ru