Ukrayna böhranında razılıq əldə olundu

ATƏT Ukraynanın şərqindəki ağır silahların cəbhə xəttindən geri çəkilməsi ilə bağlı razılaşma əldə olunduğunu bildirib

ATƏT-dən bildiriblər ki, Üçtərəli Təmas Qrupu Belarusiyanın paytaxtı Minskdə görüşüb. Maide.az xəbər verir ki, tərəflər Ukraynanın şərqində tanklar, 100 millimetrdən kiçik kalibrli toplar ilə 120 millimetr kalibrli toplarının cəbhə xəttindən geri çəkilməsi məsələsində razılaşıblar.
 
ATƏT-in sədri və Serbiya Xarici İşlər naziri İvica Daciç müqavilənin sülh prosesinin davam etməsinə qarşı yaxşı siqnal olduğunu qeyd edib. Müqavilənin atəşkəsin genişləndirilməsinə töhfə verəcəyini deyən Daciç, "İndi, bütün tərəflər arasında etimad səviyyəsini yüksəltmə və siyasi, humanitar və iqtisadi sahələrdə tədbirlərin həyata keçirilməsini daha çox artırmaq zamanıdır" söyləyib.
 
Ukrayna, Rusiya və ATƏT nümayəndələrindən ibarət Üçtərəli Təmas Qrupu 2014-cü ilin mayında Ukraynanın şərqindəki böhranla bağlı diplomatik həllin asanlaşdırılması məqsədilə yaradılmışdı.

Google+ WhatsApp ok.ru