Ukraynada deputatlar canlı efirdə əlbəyaxa oldular - VİDEO

Ukraynada deputatlar canlı efirdə əlbəyaxa oldular - VİDEO

 Ukrayna Ali Radasının deputatları Sergey Şaxov və İqor Mosiyçuk "Pryamoy" telekanalının efirində dava ediblər.
 
Maide.Az bildirir ki, “Report” xəbər verir ki, əvvəlcə Şaxov həmkarının gey-paradda iştirak etdiyini bildirib.
 
Əvəzində Mosiyçuk ondan üzr istəməsini tələb edib. Qarşılıqlı təhqirlərdən sonra deputatlar telekanalın studiyasında bir-birinə yumruq atmağa başlayıblar.
 
Bununla belə telekanal öz "Facebook" səhifəsində məlumat yayıb ki, deputatlar arasında dava studiyadan çıxdıqdan sonra liftdə davam edib.
 
 
 
 

Google+ WhatsApp ok.ru