Ukraynada 30 günlük hərbi vəziyyət tətbiq edilib

Ukraynada 30 günlük hərbi vəziyyət tətbiq edilib

Ukrayna bazar günü üç dəniz gəmisi və 23 ekipaj üzvünün Rusiya tərəfindən ələ keçirilməsindən sonra ölkənin bir hissəsində hərbi vəziyyət elan edib.
 
Qərara görə, 28 Noyabrdan etibarən 30 gün müddətində Rusiyaya sərhəd bölgələrində hərbi vəziyyət tətbiq ediləcək.
 
Hadisədən sonra Ukrayna prezidenti Petro Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyətin elan olunması haqqında qərarının tətbiqi üçün sərəncam imzalayıb. Deputatlar onun tələbini dəstəkləyib.
 
Hökumət indi ictimai mitinqləri məhdudlaşdıra və mətbuatı tənzimləyə bilər.
 
Krım yarımadasının sularında baş verən hadisə iki ölkə arasında gərginliyin artması deməkdir.
 
Hadisədə iki silahlı qayığın və təyyarənin ələ keçirildiyi və bir neçə ukraynalı dənizçinin yaralandığı deyilir. Hadisəyə görə tərəflər bir-birini günahlandırır.
 
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında prezident Petro Poroşenko Rusiyanın hərəkətlərini "əsassız və sərsəm" adlandırıb.
 
O deyib ki, bazar ertəsi günü parlamentə hərbi vəziyyətin tətbiq olunması üçün müraciət edəcək.
 
Lakin Ukrayna prezidenti bu addımın "müharibə bəyannaməsi" olmadığını vurğulayıb.
 
"Ukrayna heç kimə qarşı mübarizə etməyi planlaşdırmır", o deyib.
 
Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyi orduya tam döyüş hazırlığı barədə əmr verildiyini açıqlayıb.
 
Bazar ertəsi axşamı təxminən 150 nəfər Kiyevdə Rusiya səfirliyinin önündə toplaşıb. Onlardan bəziləri yandırıcı maddələr atıb və nəticədə azı bir maşın alovlanıb.
 
"Bu gün buraya Rusiyanın bugünkü hərəkətlərinə, hərbiyyəmizin atəşə tutulmasına etiraz etmək üçün toplaşmışıq", Oleksiy Ryabov Reuters xəbər agentliyinə deyib.
 
"Çox qəzəbliyik. Biz uzun müddət əvvəl bu ölkə ilə diplomatik əlaqələrimizi ayırmalı idik", o deyib.
 
Son zamanlar Qara dənizdə və 2014-cü ildə Rusiyaya birləşdirilmiş Krım yarımadasının Azov dənizində gərginlik artıb. /bbc / 

Google+ WhatsApp ok.ru