Ukraynada şaxtada partlayış olub, onlarla ölən ola bilər

Ukraynanın Donetsk şəhərində kömür şaxtasında partlayış olub, azı bir şaxtaçı ölüb, ancaq onlarla şaxtaçının öldüyü güman edilir. Donetsk yaraqlıların əlindədir.
 
Maide.az xəbər verir ki, "İnterfax" bir nəfərin öldüyünü, 14 nəfərin xəsarət aldığını, 73 nəfərin yerin altında qaldığını bildirir. Hadisə Zasyadko şaxtasında baş verib.
 
Reuters yerli rəsmiyə istinadla yazır ki, “ilkin məlumata görə, 30-dan çox ölən var”.
 
Fövqəladə hallar üzrə rəsmi Yuliana Bedilo deyib ki, partlayışa artilleriya zərbəsi səbəb olmayıb.

Google+ WhatsApp ok.ru