Ukraynada bina uçqununda ölənlərin sayı 8-ə çatıb

Ukraynada bina uçqununda ölənlərin sayı 8-ə çatıb

Ukraynanın qərbində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə qalxıb, onlardan biri uşaqdır. Açıqlamanı avqustun 29-da Ukraynanın dövlət fövqəladə xidməti yayıb.
 
Hadisə Lvov regionunun Drohobiç şəhərində baş verib. Avqustun 28-nə keçən gecə binanın böyük hissəsi uçub. Hakimiyyət ilkin olaraq bir nəfərin öldüyünü deyirdi.
 
Region rəsmiləri partlayışa ilkin səbəb kimi təbii qaz partlayışını göstəriblər. Dördmərtəbəli binanın birinci mərtəbəsində bir neçə mənzil dağılıb və dağıntılar binanın yuxarısına keçib.
 
Xilasetmə işlərinin tamamlandığı xəbər verilir.
 
Rəsmilər partlayışla bağlı istintaq başlandığını bildirir. /azadliq.org
 

Google+ WhatsApp ok.ru