Ukraynada güclü yanğın: üç körpə həlak olub

Ukraynada güclü yanğın: üç körpə həlak olub

Ukraynanın Çerniqov vilayətində evdə baş verən yanğın nəticəsində 3 körpə həlak olub.
 
Maide.Az "azərtac"a istinadən  xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
 
Gecə saatlarında 50 kvadratmetr ərazidə iki saat ərzində baş verən yanğın nəticəsində 4, 3 və 2 yaşlı körpələr ölüb.
 
Qeyd edək ki, Ukraynada hər ay orta hesabla 150-yə yaxın insan yanğın nəticəsində həlak olur.

Google+ WhatsApp ok.ru