Ukraynadakı döyüşlərdə 5 nəfər ölüb

Ukraynanın şərqində baş verən ayrı-ayrı insidentlərdə 2 Ukrayna əsgəri və 3 mülki sakin ölüb.
 
Ordunun sözçüsü Andriy Lysenko iyunun 11-də bildirib ki, son gün ərzində rusiyapərəst separatçıların hücumu nəticəsində 2 əsgər ölüb, 13-ü isə yaralanıb.
 
Onun sözlərinə görə separatçılar ağır silahlardan istifadə edib.
 
Separatçıların komandanı Eduard Basurin isə Ukrayna ordusunun Horlivka şəhərini atəşə tutuması nəticəsində 3 qadının öldüyünü deyir.
 
ATƏT-in müşahidəçilər missiyası hər iki tərəfi atəşkəs rejimini pozmaqda günahlandırır.
 
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb./

Google+ WhatsApp ok.ru