Ukraynada keçmiş nazir helikopter qəzasında həlak olub 

Ukraynada keçmiş nazir helikopter qəzasında həlak olub 

Ukraynada helikopter qəzası baş verib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə dövlət xidməti məlumat yayıb.

Qeyd edilir ki, qəza zamanı 1 nəfər həlak olub. Bu, ölkənin keçmiş aqrar siyasət naziri, 43 yaşlı Taras Kutovdur. O, 2016-2018-ci illərdə nazir vəzifəsində çalışıb.

Məlumata görə helikopter Kiyevdən Poltava vilayətinə uçurmuş. Qəzanın başvermə səbəbi açıqlanmır.

Google+ WhatsApp ok.ru