Ukraynada passport üçün hicabla şəkil çəkdirməyə icazə verildi 25 Noyabr 2019 10:04 Dünya Ukrayna Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqələri üçün fotoların çəkilməsi qaydasına edilən dəyişiklik qüvvəyə minib. Maide.Az islam.ru-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən Ukrayna vətəndaşı olan müsəlman qadınlara pasport üçün hicabla foto çəkdirməyə icazə verilib. Bu, ölkədə fəaliyyət göstərən dini qurumların müraciətindən sonra mümkün olub. Ukrayna Daxili İşlər nazirinin müavini Sergey Qonçarov nazirlik pasport sənədlərinin hazırlanma prosedurunu asanlaşdırmaq məqsədilə bu addımı atıb: “Bu, beynəlxalq standratlara uyğun olduğu üçün beynəlxalq istifadədə də rahat qəbul ediləcək. Dəyişiklik konstitusiyanın təminat aldığı haqq və azadlıqların qorunmasını özündə əks etdirir. Biz insanların haqlarına hörmət etməliyik”. Qeyd edək ki, bu barədə qərar 17 iyulda verilmişdi. Teqlər : #Ukraynada,#passport,#üçün,#hicabla,#şəkil,#çəkdirməyə,#icazə,#verildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hicablı qız ‘ilin ən yaxşı gənc idmançısı’ adını aldı ‘Təhdidlə bizi heç vaxt susdura bilməzsiniz’ - Nigeriya İslam Hərəkatı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO