Ukraynada qrip epidemiya halını alıb

Ukraynada qrip epidemiya halını alıb

Ukraynada qrip və kəskin respirator virus infeksiyası epidemiya halını alıb.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, Ukrayna Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Mərkəzinin baş direktoru Vladimir Kurpit bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, təkcə ötən həftə Ukraynada 143 mindən çox insan qrip və kəskin respirator virus infeksiyasına tutulub. Onların 70 faizindən çoxu uşaqdır.
 
Onun sözlərinə görə, qripə qarşı 350 min dozalıq vaksin yaxın günlərdə apteklərdə satışa çıxarılacaq.
 

Google+ WhatsApp ok.ru