Ukraynada Ramazan və Qurban bayramları istirahət günü kimi qeyd edilə bilər

Ukraynada Ramazan və Qurban bayramları istirahət günü kimi qeyd edilə bilər

Müsəlmanların müqəddəs Ramazan və Qurban bayramları Ukraynada rəsmi olaraq qeyd edilə bilər.
 
Maide.Az Ukrayna saytlarına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Krım və Sevastopol işləri üzrə dövlət xidmətindən təklif gəlib. Onlar təklif edirlər ki, müsəlmanların müqəddəs Ramazan və Qurban bayramları ölkədə istirahət günləri kimi qeyd edilsin.
 
Bunu, Ukraynanın Ali Radasında çıxışı zamanı Krım məsələsi rəhbərinin müavinin Zarema Ozenbash bildirib. O, iyunun 15-də keçirilən reinteqrasiyası zamanı çıxışında bildirib ki, biz bu təklifi ümumi həmrəylik üçün edirik.
 
"Biz bu işi  İslam dininə qulluq edən vətəndaşlarımız və ümumi həmrəylik üçün nəzərdə tutmuşuq. Bununla biz nəinki Kırım Tatarlarına, eləcə də Ukraynada yaşayan və İslam dinin qəbul edən bütün insanla sevinc bəxş etmək istəyirik. Məsələ ilə əlaqədar yüksək distansiyalara müraciət etmişik.", -deyə dövlət rəsmisi bildirib.
 
Qeyd edək ki, artıq dünyanın bir çox qeyri-müsəlman ölkələrində Ramazan və Qurban bayramları rəsmi istirahət günü kimi qeyd edilir./

Google+ WhatsApp ok.ru