Ukraynada vuruşan erməni terrorçusu Qarabağa köçüb

2014-cü ilin may ayından Ukraynanın Luqansk vilayətinin ərazisində rusmeylli separatçıların tərəfində vuruşan Artur Qasparyan Dağlıq Qarabağa köçüb.
 
O, Ermənistanın  işğal etdiyi Azərbaycan torpaqlarında yaradılan qanunsuz hərbi birləşmələrin tərkibində müqavilə əsasında xidmət edəcək.
 
1990-cı ildə Ermənistanın Spitak şəhərində anadan olan Artur Qasparyan 2008-2010-cu ildə Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrindən birində kəşfiyyatçı kimi çalışıb. O, 2010-cu ildə Rusiyaya köçüb və Ukraynanın şərqindəki hərbi əməliyyatlarda aktiv iştirakçı olub.
 
Qasparyanın başçılıq etdiyi dəstə 2014-cü ilin mayında Donetsk aerportunun ələ keçirilməsində önəmli rol oynayıb.

Google+ WhatsApp ok.ru