Ukrayna Kazaxıstana nota verəcək

Ukrayna Kazaxıstana nota verəcək

Ukrayna Qazaxıstan Prezidenti Qasym-Zhomart Toqaev-in Krımın Rusiya tərəfindən anneksiyasının ilhaq olmadığını deməsindən narahatlıq bildirib.
 
“Ukrayna daim Qazaxıstanı tərəfdaş və dost hesab edib”, – Ukrayna Xarici İşlər Nazirliyinin dekabrın 4-də verdiyi bəyanat deyilir.
 
“Ukrayna və Qazaxıstan Respublikası arasındakı münasibətlərin əsasını, müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin pozulmazlığına qarşılıqlı hörmət təşkil edir”, – nazirlik bildirir.
 
2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra Qazaxıstanın Xarici İşlər Nazirliyi bəyanat verərək “BMT Xartiyasına uyğun olaraq beynəlxalq hüququn təməl prinsiplərinə sadiqliyini” ifadə etmiş, Qazaxıstanın “Rusiya Federasiyasının qərarına anlayışla yanaşdığı” vurğulanmışdı.
 
Ukrayna Toqaev-in bəyanatıyla bağlı Qazaxıstana rəsmi nota verəcəyini bəyan edib. /azadliq.org 

Google+ WhatsApp ok.ru