Ukraynalı məşhur qapıçı karyerasını başa vurub

Ukraynalı məşhur qapıçı karyerasını başa vurub

Bu barədə komandanın baş məşqçisi açıqlama verib
 
Ukraynanın "Dinamo" (Kiyev) komandasının qapıçısı Aleksandr Şovkovski karyerasını başa vurub. "Report"un məlumatına görə, bu barədə klubun baş məşqçisi Sergey Rebrov açıqlama verib.
 
O bildirib ki, məşhur qapıçı qərarını "Şaxtyor"a 3:4 hesabı ilə uduzduqları görüşdən sonra açıqlayıb: "Şovkovski paltardəyişmə otağında komanda ilə vidalaşdı və alqışlarla yola salındı. Saşa komandaya illərini verib. O, böyük hörmətə layiqdir".
 
Qeyd edək ki, Aleksandr Şovkovski 1993-cü ildən Kiyev "Dinamo"sunda forma geyinib. Lakin həmin il o, Ukrayna MOİK-inə icarəyə verilib. Şovkovski 1994 - 2012-ci illərdə Ukrayna yığmasına dəvət alıb. /

Google+ WhatsApp ok.ru