Ukrayna müsəlmanları qadınlara sənədlərdə hicablı foto çəkilməsi qanununun icrası xərclərinin təmini üçün maddi yardım toplayıb

Ukrayna müsəlmanları qadınlara sənədlərdə hicablı foto çəkilməsi qanununun icrası xərclərinin təmini üçün maddi yardım toplayıb

 
Xəbər verdiyimiz kimi, Ukraynada müsəlman qadınlara şəxsiyyət sənədlərində hicablı fotoşəkilə icazə verilib.
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Ukraynada, şəxsiyyət vəsiqəsi üçün hicabda foto çəkmək hüququ uğrunda uzun müddət mübarizə gedirdi. Bu təşəbbüsün həyata keçirilməsi xərcləri Ukraynanın müsəlman icması tərəfindən toplanan vəsait hesabına ödənilirdi.
 
Ukrayna Müsəlmanları Ruhani İdarəsinin müftisi Səid İsmaqilov “Anadolu” agentliyinə verdiyi açıqlamada, Ukraynanın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına qoşulduğunu və bu qaydalara əsasən qadınlar şəxsiyyət vəsiqəsi üçün hicabda foto çəkmək hüququna sahib olduqlarını söyləyib.
 
"İndiyə qədər Ukraynada şəxsiyyət vəsiqələrində və digər sənədlərdə hicabda foto çəkmək qadağan edilirdi. Biz Ukrayna Müsəlman Qadınları Cəmiyyəti ilə birlikdə Daxili İşlər Nazirliyinə müraciət etdik. Aparat bu məsələni 2018-ci ildə müzakirə etdi. Onlar hicabın müsəlman qadınlar üçün nə qədər vacib olduğunu başa düşdülər", deyə o bildirib.
 
Onun sözlərinə görə, bu, təkcə müsəlman qadınlar üçün deyil, bütün dindarlar üçün vacibdir.
 
Müfti bu təşəbbüsün həyata keçirilməsi üçün bəzi islahatlara ehtiyac olduğunu söylədi.
 
"Cümə namazı zamanı müəyyən miqdarda pul topladıq və bu cür islahatların aparılması üçün səlahiyyətli agentliyə təhvil verdik”, deyə o bildirib.
 
Onun sözlərinə görə, bu addımı həyata keçirmək üçün çox səy tələb olunurdu.
 
“Biz səlahiyyətlilərə hicabın nə olduğunu və necə geyildiyini izah etdik. Nəticədə bu məsələni həll edə bildik ”, İsmaqilov deyib.
 
Daha əvvəl Ukrayna Daxili İşlər Nazirliyi hicablı qadınların şəxsiyyət vəsiqəsi və digər sənədlər üçün fotoşəkil çəkməsinə icazə vermişdi.

Google+ WhatsApp ok.ru