Ukrayna NATO və AB-dən kömək istəyir

Ukraynanın Xarici İşlər naziri Paul Klimkin ölkəsinin şərqindəki silahlı separatçılara qarşı mübarizə aparmaq üçün NATO və Avropa Birliyndən hərbi yardım istəyib. Bu barədə Deutsche Welle-ə istinadla “İnterfax” agentliyi məlumat yayıb. 
 
"Əgər biz belə bir yardım alsaq, bizim ordu yerlərdə daha yaxşı hərəkət edər” deyə nazir  avqustun 17-də “Deutschlandfunk” radiosuna müsahibəsində bildirib. 
 
Paul Klimkin Ukrayna əsgərlərinin Rusiya ərazisini ətəşə tutması barədə məlumatları təkzib edib. Donetski-də yaşayış binalarının artileriya ilə dağırılması barədə suala gəlincə, nazir bu addımım separatçılar tərəfindən atıldığını deyib:
 
"Bəzən onlar bunu Ukrayna hərbçilərini ittiham etmək üçün bilərəkdən edirlər.  Bəzən də terrorçu qruplaşmalar öz aralarında vuruşurlar”.
 
Nazir həmçinin NATO-nun  Ukraynaya münasibətdə yeni strategiya hazırlamasının  vacib olduğunu deyib. Amma o, yaxın müddətdə Ukraynanın bu alyansa qəbul edilməsinin mümkünlüyünü istisna edib.
 
Bu ilin yazında Ukraynanın Krım yarımadasını Rusiyanın özünə ilhaq etməsindən sonra bu iki ölkənin münasibətləri hərbi toqquşma həddinə çatıb. 
 
Hazırda Ukraynanın şərqində Rusiya yönümlü silahlı qruplarla Ukrayna təhlükəsizlik qüvvələri arasında döyüş gedir. Kiyev Moskvanı yaraqlıları hər vasitə ilə müdafiə etməkdə günahlandırır. azdliq/

Google+ WhatsApp ok.ru