Ukraynanın şərqində ATƏT nəzarətçisi yaralanıb

Bir ATƏT nəzarətçisi Ukraynanın şərqindəki döyüşlər nəticəsində yaralanıb.
 
Maide.az-ın ITAR-TASS-a istinadən verdiyi məlumata görtə, ATƏT-in nəzarət heyəti bir hesabatda bildirib ki, bu toqquşma bazar ertəsi günü Donetskdə silahlı müxaliflərin nəzarəti altda olan məntəqədə yerləşən Şirokino kəndində baş verib.
 
Şirokino kəndi son günlər Ukrayna ordusu ilə Rusiya tərəfindən dəstəklənən yaraqlı müxaliflərin şiddətli döyüşləri səhnəsi olub. 
 
Ukraynanın şərqi 2014-cü ilin əvvələrindən ordu qüvvələri ilə yaraqlı müxaliflər arasında ölümcül döyüşlər səhnəsi olubdur.
 
İki tərəf cari ilin fevralında Rusiya, Almaniya və Fransa rəhbərlərinin vasitəçiliyi ilə Belarus paytaxtında bir razılaşma imzaladı. Minsk razılaşması kimi tanınan bu sənəddə atəşkəsin bərqərarı, ağır silahların döyüş məntəqəsindən çıxarılması və yerli rəsmilərə xüsusi ixtiyarların verilməsi məqsədi ilə Ukrayna konstitusiyasının islahı nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru