Azərbaycan İranın Xəzəryanı ölkələrlə ticarətində 2-ci yeri tutub - Gömrük Administrasiyası

Azərbaycan İranın Xəzəryanı ölkələrlə ticarətində 2-ci yeri tutub - Gömrük Administrasiyası

İranın Xəzəryanı ölkələrlə ticarətində Azərbaycan 2-ci yeri tutub.
 
Bunu Trend-ə açıqlamasında İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.
 
Onun sözlərinə görə, 4 ay ərzində (21 mart - 22 iyul) İranın Xəzəryanı ölkələrlə ticarəti təxminən 948 milyon dollar dəyərində 2,18 milyon ton təşkil edib.
 
Bu müddətdə İranın Azərbaycanla ticarət dövriyyəsi isə 140 milyon dollar dəyərində 266 min ton məhsul olub:
 
"İran Azərbaycandan 10 milyon dollar dəyərində 8 min ton məhsul idxal edib. Azərbaycana isə təxminən 130 milyon dollar dəyərində 258 min ton məhsul satıb.

Google+ WhatsApp ok.ru