Ukraynanın Sevastopol şəhərində yağış məscidə ziyan vurub

Ukraynanda sentyabr ayında yağan güclü leysan yağışları nəticəsində Sevastopol şəhərində məscidə ziyan dəyib.
Maide.az-ın Ukrayna KİV-lərinə istinadən məlumatına görə, Belə ki, leysan yağışlar Sevastopolda olan yeganə məscidin damını yararsız hala salıb. Bu il 100 yaşı tamam olacaq bu məscidin təcili təmirə ehtiyacı var.
Məlumata əsasən, məscidin damı çoxdan damırmış. Əvvəllər onu yerli müsəlmanlar təmir edib, lakin bu ilki leysanlardan sonra dam tamamilə yararsız hala düşüb.
100 illik tarixi olan bu məscidin damı tamamilə dəyişdirilməlidir. Təmir işləri  20,000 $ dəyərində qiymətləndirilir. Sevastopol müsəlmanları məscidin təmiri ilə bağlı  pul toplanılacağını elan ediblər.  //

 

Google+ WhatsApp ok.ru