Ukraynanın yeni müdafiə nazirindən Rusiyaya hədə tonlu çıxış

Ukraynanın yeni müdafiə naziri təyin edilib. Maide.az-ın məlumatına görə, Ali Rada Valeri Qeleteyin bu vəzifəni icra edən Mixail Kovalın yerinə müdafiə naziri təyin olunmasının lehinə səs verib. Bu münasibətlə  parlamentdə çıxış edən Valeri Qeletey Rusiyanı hədələməyi də unutmayıb. Belə ki, yeni nazir tezliklə Sevastopolda qələbə paradı keçirəcəklərini bəyanlayıb: “Mən söz verirəm ki, sizin dəstəyinizlə ölkəmizin təhlükəsizliyi naminə mümkün olan hər şeyi edəcəm. Əminəm ki, Ukrayna qalib gələcək və Sevastopolda qələbə paradı keçirəcəyik”.
 
Xatırladaq ki, Sevastopol Ukrayna yarımadasının cənubi-qərbində yerləşir.

Google+ WhatsApp ok.ru