Ukrayna separatçılarının lideri Bosniyada müsəlman soyqırımının iştirakçısı imiş

Klix nəşri Ukraynanın şərqindəki separatçıların lideri İqor Qirkinin – Strelkovun 1992-ci ildəkki şəklini dərc edib. Şəkildə gənc Strelkov hərbi formada və əlində Kalaşnikov avtomatı təsvir olunub. Onun yanındakı şəxs isə muzdlu və yerli terrorçu Boban İnciçdir.

Rosbalt-ın məlumatına görə, şəkil Bışeqrad şəhərində çəkilib, harda ki, 3 min müsəlman dinc sakin qətlə yetirilib, yüzlərlə qadın zorlanıb, qızları, uşaqları və qocaları evlərə dolduraraq yandırıblar.

Bosniya ordusunun keçmiş zabiti Əziz Tafr Strelkovun Bosniyadakı döyüş əməliyyatlarında serblər tərəfdə vuruşduğunu, daha sonra isə Sarayevoya göndərildiyini təsdiqləyib. Musavat /

 

Google+ WhatsApp ok.ru