Ulduz futbolçu dəhşətli qəzaya düşdü

Ulduz futbolçu dəhşətli qəzaya düşdü

 
İtaliya millisinin və "Roma”nın futbolçusu Stefan Əl-Şaaravi avtomobil qəzasına düşüb.
 
“Qafqazinfo” İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə "Torino”ya məğlubiyyətdən (1:3) sonra baş verib. Futbolçu Turindən klubun Romadakı bazasına qayıdarkən qəza törədib.
 
Onun idarə etdiyi "Audi A3” "Fiat Panda” markalı avtomobil ilə toqquşub. "Fiat”ın sürücüsü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 40 yaşlı şəxsin son durumu haqqında hər hansı bir məlumat yoxdur.
 
Əl-Şaaravi ciddi xəsarət almasa da, avtomobili yararsız hala düşüb. /

Google+ WhatsApp ok.ru