UNAMI: İraqda bu il öldürülənlərin sayı ötən illə müqayisədə 9 faiz artıb

UNAMI: İraqda bu il öldürülənlərin sayı ötən illə müqayisədə 9 faiz artıb

Birləşmiş Millətlər Təşkilatı İraqa Yardım Missiyası (UNAMI) elan edib ki, cari ildə İraqda indiyədək 12 min nəfər öldürülüb. 
 
Maide.Az  “Anadolu”ya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı İraqa Yardım Missiyası (UNAMI) bazar günü elan etdiyi hesabatda  bildirib ki, öldürülən şəxslərdən 6 min 492 nəfər dinc sakinlərdir, 5 min 546 nəfər isə hərbiçidir. 
 
UNAMİ-nin məlumatına görə, İraqdakı qurbanların əksəriyyəti İŞİD terrorçuları tərəfindən öldürülüb. 
 
Məlumatda bildirilir ki, həlak olanların statistikası 2015-ci illə müqayisədə 9 faiz artıb. Ötən il İraqda ölənlərin sayı 11 min 118 nəfər təşkil edib ki, əksəriyyəti dinc sakinlər olub. 
 
Hesabatda  bildirilir ki, cari ildə İraqdakı gərginliklər zamanı 14 min nəfərdən çox insan yaralanıb. 
 
İŞİD terrorçuları 2014-cü lin iyun ayından İraqa hücum edərək bu ölkənin şimal və qərbində bəzi bölgələri işğal edib. Həmin dövrdən indiyədək bu bölgələrdə gərginlik davam edir. İŞİD terrorçuları işğal etdikləri ərazilərdə din, məzhəb və milliyyətindən asılı olmayaraq şiə, sünni, məsihilər və kürdlər əleyhinə genişmiqyaslı cinayətlər törədir. 
 
İraqda hazırda təhlükəsizlik qüvvələri və xalq könüllülər komitələri son aylarda İŞİD-in nəzarətində olan çox sayda bölgəni işğaldan azad edib və  terrorçuları  Bici, Tikrit,  Ramadi və Fəlluca kimi strateji əhəmiyyətli şəhərlərdən qovublar. Hazırda Mosul şəhərinin azadlığı uğrunda mübarizə gedir.
  
 

Google+ WhatsApp ok.ru