UNİCEF: 2.5 milyon uşaq yardıma möhtacdır

BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) Orta Afrika Respublikasında 5 uşaqdan 1-nin humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.
 
Maide.az xəbər verir ki, UNİCEF yazılı açıqlamasında Orta Afrika Respublikasındakı daxili müharibə üzündən səhiyyə sisteminin çökdüyünü xatırladaraq, qorxu içində yaşayan 2,5 milyondan çox uşağın tamamilə humanitar yardıma möhtac olduğunu bildirib.
 
Bəyanatda UNİCEF qida çatışmazlığı problemi yaşayan 5 yaşından kiçik 5 min uşağın da müalicəyə ehtiyacı olduğuna diqqəti çəkib.
 
Ölkədəki iqtisadi vəziyyət, yollara barrikada qurulması, soyğunçuluq aktları və humanitar yardım təşkilatlarını hədəf alan hücumlara görə 620 min əhalinin əsas səhiyyə xidmətlərindən istifadə etmədiyini qeyd edən UNİCEF, 250 min insanın içməli su əldə edə bilmədiyini və 33 min uşağın da qızılca peyvəndi olmadığını vurğulayıb.
 
UNİCEF bu il orta hesabla hər gün ən azı 1 uşağın öldürüldüyü və ya işgəncəyə məruz qaldığını açıqlayıb. Təşkilat, ölkədəki qarşıdurmalara görə təxminən 500 min uşağın evdən qaçmaq məcburiyyətində qaldığını da bildirib.

Google+ WhatsApp ok.ru