UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur

UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur

-- Uşaq və yeniyetmələrin həyatında zorakılıq` adlı hesabat yayımlanıb

"Zorakılıq uşaqlar barəsində sərhəd tanımır".
 
Bu sözləri UNİCEF-in uşaqların müdafiəsi üzrə direktoru Kornelius Uilyams bildirib. O, əlavə edib ki, dünya ölkələrində hər il 15-19 yaş arası 15 milyon qız öz irədasi olmadan təcavüzün qurbanı olur. 
 
Bu məlumatlar BMT-nin uşaq fondu olan UNİCEF-in "Tanış simalar: Uşaq və yeniyetmələrin həyatında zorakılıq" adlı hesabatında qeyd olunub. Hesabat dünyanın 28 ölkəsində aparılan tədqiqatların nəticəsində hazırlanıb. (faktxeber)
 

Google+ WhatsApp ok.ru