UNİCEF: Liviyada 115 min uşaq oxumaq imkanından məhrum edilib 07 Yanvar 2020 09:51 Dünya Liviyada silahlı toqquşmalara görə 115 min uşaq oxumaq imkanından məhrum edilib. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) bəyanatında deyilir. "Tripolidə və onun ətrafında zorakılığın eskalasiyası təhsil sistemi üçün əsl faciə olub. Beş məktəb binası tamamilə dağıdılıb. Daha 210 təhsil müəssisəsini bağlamaq lazım gəlib. 115 min uşaq oxumaq imkanından məhrum olunub",- deyə bəyanatda bildirilir. Bəyanatın müəllifləri qeyd ediblər ki, "bu gün məktəblər zorakılıq və qorxunun hökm sürdüyü məkanlara çevriliblər. Təbii, yaranmış vəziyyətdə valideynlər öz uşaqlarının təhsili haqqında yox, təhlükəsizliyi haqqında düşünürlər”. Təşkilatda xəbərdarlıq ediblər ki, məktəbə getməyən uşaqlar bir sıra silahlı dəstələrə cəlb olunmaq riski ilə qarşılaşırlar. "Təhsil müəssisələrinə hücumlar və təhlükəsizliyin olmaması bütovlükdə Tripolidə və şəhər ətrafında - uşaqların həyatı üçün ciddi təhlükədir. Uşaqlar hər gün evdən məktəbə gedrəkən bu təhlükə ilə üzləşirlər", - UNİCEF-də qeyd ediblər. Teqlər : #UNİCEF:,#Liviyada,#115,#min,#uşaq,#oxumaq,#imkanından,#məhrum,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəhid Hacı Qasim Süleymaninin cənazəsi Kerman şəhərində dəfn edilir - FOTO General Süleymaninin Tehrandakı cənazə mərasiminə 7 milyon insan qatılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO