UNİCEF: Səudiyyə ordusunun hücumu 1400 uşağın həyatına son qoyub

UNİCEF: Səudiyyə ordusunun hücumu 1400 uşağın həyatına son qoyub

Səudiyyə Ərəbistanının hərbi müdaxiləsi nəticəsində Yəməndə səhiyyə sahəsində 10 illik təcrübə məhv edilib. Bu barədə Beynəlxalq Uşaq Fondu olan UNİCEF hesabat hazırlayıb. Hesabatda göstərilib ki, Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin bombardmanı Yəməndə uşaqların həyatı üçün böyük təhlükə yaradıb.
 
UNİCEF-in Yəməndəki nümayəndəsi Meritxell Relano çərşənbə günü Cenevrədə bəyanatı səsləndirərkən bildirib ki, Səudiyyə ordusu onların 10 illik təcürəsini yox edib: "Səhiyyə sisteminin müharibə və iqtisadi böhran səbəbindən pozulması 10 il bizi geriyə atıb. Yəməndə səhiyyə sahəsindəki 10 illik təcrübəmizi itirmişik. Ölkədə sağlam doğulan hər 1000 körpədən 63-ü 5 yaşına çatmadan ölür. Halbuki bu rəqəm 2014-ci ildə 55-ə düşmüşdü.
 
BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru Cimi Mc Goldric isə qeyd edib ki, bu ölkədə yalnız 3 ay yetəcək qədər buğda ehtiyatı qalıb.
 
UNİCEF-in hesabatında həmçinin göstərilir ki, Səudiyyə Ərəbistanının təşkil etdiyi hücumlar ucbatından Yəmən xalqına yardım etmək üçün ən azı 236.5 milyon dollara ehtiyac var və bu rəqəm bu günə qədər tapılmayıb. Səudiyyə ordusunun Yəmənə hücumlarının başlamasından 22 ay keçməsinə baxmayaraq təxminən 1400 uşaq həyatını itirib. Yəmənə hücumlar zamanı aralarında qadın və uşaqların da olduğu 11 min 400 yəmənli dünyasını dəyişib. (faktxeber) /

Google+ WhatsApp ok.ru