UNICEF: 117 milyondan çox uşağın sağlamlığı təhlükədədir

UNICEF: 117 milyondan çox uşağın sağlamlığı təhlükədədir

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) yeni növ koronavirus (Kovid-19) səbəbiylə qızılca peyvəndi kampaniyalarının təxirə salınmasının 117 milyon uşağa təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
 
Maide.Az "Anadolu" agentliyinə isitnadla xəbər verir ki, UNİCEF-dən verilən açıqlamada, 24 ölkədə koronavirusun yayılması səbəbiylə qızılca peyvəndi kampaniyasının təxirə salındığı vurğulanıb.
 
Peyvənd kampaniyalarının təxirə salınmasının 117 milyondan çox uşağa təsir edəcəyi bildirilən açıqlamada, vacib peyvənd xidmətlərinin qorunması və davam etdirilməli olduğu deyilir.
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 50 ildən çox müddət ərzində etibarlı və effektiv peyvənd olmasına baxmayaraq, son illərdə qızılca xəstəliyi artıb və 2018-ci ildə qarşısının alınması mümkün olsa da, 140 mindən çox uşaq və körpə həlak olub.

Google+ WhatsApp ok.ru