UNICEF: 550 mindən çox uşağın yardıma ehtiyacı var

UNICEF: 550 mindən çox uşağın yardıma ehtiyacı var

Liviyada 550 mindən çox uşağın davam edən qarşıdurmalar, siyasi qeyri-sabitlik və iqtisadi geriləmə səbəbiylə humanitar yardıma ehtiyacı olduğu bildirildi. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, BMT Uşaq Fondu (UNICEF) bildirib ki, Liviyada yarım milyondan çox uşağın humanitar yardıma ehtiyacı var. 
 
UNICEF Yaxın Şərq və Şimali Afrika Region direktoru Geert Cappelaere, Liviyaya səfəri çərçivəsində verdiyi açıqlamada deyib ki, ölkədə 550 mindən çox uşağın davam edən qarşıdurmalar, siyasi qeyri-sabitlik və iqtisadi geriləmə səbəbiylə insani köməyə ehtiyacı var. 
 
Liviyalı uşaqlar üçün ölkədəki böhrana tez bir zamanda siyasi həll yolunun tapılmsının zəruriliyini vurğulayan Cappelaere bildirib ki, bəzi bölgələrdə yaşanan şiddətli hadisələr səbəbiylə ailələr evlərini tərk etmək məcburiyyətində qalıb.  80 mindən çox sığınacaq axtaran uşaq mövcuddur ki, bu da uşaqların istismara məruz qalmasına səbəb olur. 
 
UNICEF-in 2011-ci ildən indiyədək uşaqların ehtiyaclarını təmin etmək üçün işlər gördüyünü deyən G.Cappelaere bildirib ki, 2016-ci ildə 1,3 milyon uşağa, uşaq iflicinə önləmək üçün peyvənd vurulub. /

Google+ WhatsApp ok.ru