UNICEF: “Yəməndə hər on dəqiqədə bir uşaq xəstəlikdən ölür”

UNICEF: “Yəməndə hər on dəqiqədə bir uşaq xəstəlikdən ölür”

-- UNICEF 11 milyon uşağın fəlakətlə üzləşcəyi barədə xəbərdarlıq edi

UNICEF Yəməni uşaqlar üçün dünyada yaşanacaq ən pis yer kimi qiymətləndirib.
 
UNICEF daha çox yardımın çatdırılmayacağı vəziyyətində 11 milyon uşağın fəlakətlə üzləşcəyi barədə xəbərdarlıq edib. UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Gert Kappelari, İordaniyanın paytaxtı Ammanda noyabrın 27-də keçirdiyi mətbuat konfransında, Yəməndə təxminən hər on dəqiqədə bir uşağın müalicəsi mümkün olan bir xəstəlikdən öldüyünü deyib.
 
Kappelari Yəməndə son 2.5 il ərzində ağır yaralanan və ölən uşaqların sayının 5 mini keçdiyini və 2 milyon uşağın kifayət qədər qidalanmadığını deyib.
 
Kappelari Yəməndə müharibənin davam etməsinə baxmayaraq, UNICEF-in uşaqlara əlindən gələn hər cür köməyi etməyə davam edəcəyini deyib: “UNICEF Yəmənin paytaxtı Sənaya 1.9 milyon peyvənd göndərdi. Bu kiçik bir addımdır. Yardımları davam etdirəcəyik”.
UNICEF 600 min uşağa difteriya kimi bəzi yoluxucu xəstəliklərə qarşı peyvənd vurulacağını bildirib.
 
UNICEF Yəməndə 350 min uşağın üç ildir məktəbə getmədiyini də açıqlayıb: “Uşaqların məktəbə getməməsi səbəbindən Yəməndə savadlılıq nisbəti ciddi dərəcədə azala bilər”.
 
Xatırladaq ki,  2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində Yəməndə 20 milyon nəfərin - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub.
 
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.   
 
Ötən altı ay ərzində Yəməndə 900 min yəmənli uşaq vəbaya tutulub.  (deyerler.org)
 

Google+ WhatsApp ok.ru