UNICEF: `Afrikada 1 milyondan çox uşaq mәktәbә gedə bilmir`

Afrikada 1 milyondan çox insan "Boko Haram" terrorçularının cinayәtlәrinә görə, məktəbə gedə bilmir.
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının uşaq fondu UNICEF təşkilatından bildiriblər ki, Nigeriya və digər qonşu ölkələrdə "Boko Haram" terrorçularının yaratdığı təhlükəyə görə, 1 milyondan çox uşaq təhsildən məhrum olub.
"Uşaqlar məktəbə getmədikcə onların terror qruplaşmalarının təsiri altına düşməsinin və ya oğurlanmasının riski artıb. Nigeriya, Kamerun və Çadda 2 mindən çox məktəb bağlanıb", - deyə UNICEF təşkilatından bildiriblər./
 

Google+ WhatsApp ok.ru