UNICEF: Suriyalı qaçqın uşaqların 85 faizi yoxsulluq həddinin altındadır

UNICEF: Suriyalı qaçqın uşaqların 85 faizi yoxsulluq həddinin altındadır

-- hazırda uşaqların qidalanma şəraiti olduqca acınacaqlıdır

Suriyadakı savaşdan İordaniyaya qaçanların arasında 5 yaşına qədər uşaqların 94 faizi tibb və məktəbəqədər təhsil müəssisələrindən istifadə edə bilmir
 
Maide.Az "İslam Today"a istinadən xəbər verir ki, bu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) tərəfindən açıqlanıb.
 
UNİCEF-in ekspertləri İordaniyada qeydə alınmış 660 min qaçqın ailəsi arasında araşdırma aparıb.
 
BMT-nin Uşaq Fondunun şöbə müdiri Robert Cenkins bildirib ki, hazırda uşaqların qidalanma şəraiti olduqca acınacaqlıdır.
 
Cenkins digər ölkələri qaçqınlara daha fəal kömək etməyə çağırıb.
 
O deyib ki, hazırda İordaniyadakı uşaqların qidalanma və tibbi ehtiyaclarını qarşılamaq üçün 145.7 milyon dollara ehtiyac var.

Google+ WhatsApp ok.ru