UNICEF Yəməndə ölən uşaqların statistikasını yayıb

UNICEF Yəməndə ölən uşaqların statistikasını yayıb

Səudiyyə Ərəbistanının Yəmənə hücumlarının başlandığı gündən bu ölkədə 1700-dən çox uşaq həyatını itirib. Bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Yəmən üzrə nümayəndəsi Meritxel Relano  deyib. 
 
Maide.Az xəbər verir ki, M.Relano ötən gün Russia Today telekanalına müsahibəsində Yəmənə qarşı müharibədə 1700 uşağın qətlə yetirildiyini və 3 min uşağın yaralandığını bildirib.
 
O əlavə edib ki, qeyd olunan statistik məlumata əsasən sadəcə son iki ay ərzində Yəməndə gedən toqquşmalar nəticəsində 38 uşaq ölüb.
 
UNICEF-in Yəməndəki nümayəndəsi uşaqların ölümünün qarşısını almaq üçün toqquşmalara son qoyulmasının vacibliyini vurğulayaraq bildirib ki, toqquşma məntəqələrində bir çox uşaq və mülki şəxs var ki, həmin bölgədən çıxmaq imkanı yoxdur.
 
M.Relano Yəməndə ölən uşaqların həqiqi sayının, rəsmi statistikadakından qat-qat artıq olduğunu bildirərək bildirib ki, Yəməndə toqquşmalara son qoymağın yeganə yolu müzakirədir.
 
M.Relano yarım milyon Yəmənlinin vəbaya yoluxduğunu bildirərək qeyri hökumət təşkilatları və BMT qrumlarının yardımları vasitəsi ilə durumla mübarizəyə təkid edib. 
 
 

 

Google+ WhatsApp ok.ru