UNICEF İspaniyada miqrant uşaqların müdafiə olunmamasını pisləyir

UNICEF İspaniyada miqrant uşaqların müdafiə olunmamasını pisləyir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) 13 min miqrant uşağa qulluq üçün Milli planın və sabit büdcənin təsdiq olunmasını xahiş edir.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının məlumatına görə, 2018-ci ildə müşayiət olunmayan daha çox miqrantların gəldiyi İspaniya qeyri-iradi olaraq, təxminən 13 min əcnəbi uşağın tərbiyəçisinə çevrilib. Ölkə uzun müddət qeyri-hökumət təşkilatları, həmçinin Uşaq Hüquqları Komitəsi tərəfindən miqrasiya sisteminin pozulmasında təqsirləndirilib.
 
UNICEF-in təqdim etdiyi məruzədə 2018-ci ilin sentyabrın 20-dən oktyabrın 16-dək İspaniyada müşayiət olunmayan miqrant uşaqların işləri üzrə Melilya, Seyt, Madrid və Əndəlüsdə yerləşən müdafiə mərkəzlərində aparılan tədqiqatların nəticələri göstərilib. Məruzədə qeyd edilir ki, İspaniyanın bu uşaqların miqrasiya nəzarəti çərçivəsində deyil, uşaqların müdafiə siyasətinin köməyi ilə qayğısına qalmasına baxmayaraq, müdafiə sisteminə düşdükdə “zəifliyin nəinki aradan götürülməsi, əksinə, daha da gərginləşməsi” halları tez-tez baş verir.
 
UNICEF tərəfindən aşkarlanan problemlər sırasında mərkəzlərin tərbiyəçilərinin dilini bilən vasitəçilərin, hüquqi yardımın olmaması, həmçinin pis rəftar halları və s. göstərilir.

Google+ WhatsApp ok.ru